Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı havaların istiləşməsi ilə bağlı koronavirusun yayılmasının azalması məsələsinə münasibət bildirib. APA-nın xəbərinə görə, H.Harmancı bildirib ki, hazırda bu sualın cavabı bilinmir. O qeyd edib ki, yaz aylarında koronavirusun azalacağına ümid edir: “Bu, yeni virusdur, necə davranacağını bilmirik. Ona görə də  gözləyib görmək lazımdır. Hazırda isti ölkələrdə də koronavirus yayılıb. Ona görə insan əmin ola bilmir ki, havalar qızdıqca virus yox olacaq, ya yox. Bu sualın cavabını hələlik bilmirik. Əmin deyilik”.