Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başlayacaq.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 1/4 final mərhələsinin iki iştirakçısı bəlli olacaq. Valensiyada eyniadlı komanda çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq. “Yarasalar” “Atalanta”dan böyükhesablı məğlubiyyətin əvəzini çıxmalıdır. “Tottenhem” isə evdə aldığı yenilgini unutdurmaq üçün Almaniyaya yollanıb. Londonlular 1/4 final iddiasında olan “Leypsiq”i mübarizədən kənarlaşdırmalıdır. Qeyd edək ki, martın 11-də PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) və “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) matçları keçiriləcək. 1/8 final mərhələsi isə martın 17-18-dəki oyunlarla başa çatacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

  • 00:00 “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya)
  • Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
  • Valensiya. “Mestalya” stadionu
  • İlk oyun – 1:4
  • 00:00 “Leypsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə)
  • Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
  • Leypsiq. “RB Arena”
  • İlk oyun – 1:0