Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsi Olimpiya təsnifat müddətinin vaxtını uzadıb. Oxu.Az xəbər verir ki, lisenziya xalı verən dörd yarış ləğv olunduğundan, mayın 30-dək olan müddət daha bir ay müddətinə artırılıb. İndi idmançıların Olimpiadaya vəsiqə qazanmasına iyunun 30-dək olan reytinq sıralamasından sonra aydınlıq gələcək.   Bundan başqa, aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün qitə çempionatları, təxirə salınıb. Aprelin 30-dək keçirilməli olan bütün yeniyetmə və gənclərin yarışları isə ləğv olunub.