Vatikan daxilində və Romadakı Papa baziliklərindən olan bütün muzeylər koronavirusun yayılmasının qarşısını almaq üçün aprelin 3-dək bağlanır. Trend-in məlumatına görə, bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti xəbər verib. Xatırladaq ki,Vatikan ərazisində koronavirusa yalnız bir yoluxma halı təsdiqlənib. Bununla bağlı yoluxan şəxslə əlaqədə olan beş nəfər karantinə yerləşdirilib. Koronavirusun yayılması təhlükəsi səbəbindən martın 8-də tarixdə ilk dəfə olaraq ənənəvi Papa xütbəsi video müraciət formatında həyata keçirilib.