Neft bazarında baş verənlərin nəticəsi olaraq, rus rublunun məzənnəzi aşağı düşməyə başlayıb. Ekspertlər bunu Rusiya və digər OPEK ölklələrinin uğursuz danışıqlarının nəticəsi kimi qələmə verirlər. Hazırda evro 85,11 rubl, dollar isə 74,26 rubl dəyərində qiymətləndirilir. Lakin bütün bunlara baxmayaraq, Rusiyadakı valyuta dəyişmə məntəqələrində dollar və evronun əvvəlki kurslarla dəyişildiyi bildirilir. RİA novosti verdiyi xəbərə görə, artıq valyuta dəyişmə məntəqələrinin əksəriyyəti​ iş vaxtı olmasına baxmayaraq,​ bağlanıb.​​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ neytral.info