“Qara qızılı”ın qiymətinin ucuzlaşması fonunda fond birjasında da hərraclar əsas indekslərin azalması ilə başa çatıb.

“Report” xəbər verir ki, “Brent” markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti 21% azalaraq 35,22 ABŞ dollar/barelə düşüb. WTI (West Texas Intermediate) markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti isə bir barelə görə 21% azalaraq 32,01 ABŞ dolları təşkil edib. ABŞ fond birjasında hərraclar mart ayının birinci hissəsində indekslərin azalması ilə başa çatıb.

Amerikanın sənaye indeksi “Dow Jones” 1 245 bənd və ya 4,84 faiz azalaraq 24 535 bəndə düşüb. “S&P 500” indeksi 145 bənd və ya 4,90 faiz azalaraq 2970,522 bəndə, NASDAQ elektron birja indeksi 410 bənd və ya 4,82 faiz azalaraq 8093,25 bəndə düşüb.​