“Goldman Sachs” bankının analitikləri güman edir ki, neftin ucuzlaşması davam edə bilər. “APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, analitiklər bazardakı dəyişkənliyi nəzərə alaraq, neftin qiyməti bir barelə görə 20 dollaradək düşəcəyini ehtimal edirlər. Onların fikrincə, bunun əsas səbəbi Rusiyanın OPEC-lə neft hasilatını azaltması üzrə razılaşmamağıdır. Bundan əvvəl isə, qara qızıl bazarına dünyada sürətlə yayılmış koronavirus zərbə vurmuşdu.​ Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,86% azalaraq 29,78 dollar təşkil edib.