İranda saxta spirtli içkidən 14 nəfər ölüb. APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə İranın Xuzestan əyalətinin Əhvaz şəhərində spirtli içkidən zəhərlənmə diaqnozu ilə 100-dən çox insan xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onlardan 14 nəfər ölüb, bəziləri görmə qabiliyyətini tamam itirib. İranın Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etməyib. Bildirilir ki, həmin şəxslər sosial şəbəkələrdə koronavirusla mübarizədə spirtli içki içməyin təsirli olması ilə bağlı yayılmış yalan məlumata inanaraq, sənayedə istifadə olunan spirt qəbul ediblər.

Əhvaz şəhər Tibb Universitetinin rektoru Fərhad Əbul Nejadiyan Əhvazda saxta spirtli içkidən zəhərlənənlərdən bir nəfərin kor olduğunu və 8 nəfərin isə reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib