Türkiyə prezidenti Ərdoğanın Moskvaya son səfəri həmişə olduğu kimi, ermənilərin çalışdığı və sadəcə ermənimeylli media tərəfindən antitürk və təhqiramiz materiallarla təqdim etməyə cəhd edildi.​Rusiya hakimiyyətinin birbaşa maliyələşdirdiyi «Rusiya —​ 24», erməni M.Simonyanın rəhbəri olduğu «RT» , digər erməni Aram Qabrelyanovun rəhbəri olduğu «Life.ru» , eləcə də erməni jurnalistlərin çalışdığı digər KİV —​ də Türkiyə və onun prezidenti dəfələrlə aşağılandı.«Россия —​ 24» türk nümayəndə heyətinin Kremldə 2 dəqiqəyə yaxın gözlədilməsini​ və Kreml divarlarında illərdir asılan çariça​ Yekaterina və sərkərdə A.Suvorovun portretlərinin heç də təsadüfi olmadığına (!) işarə edən süjet verdi. Məqsədin Rusiya —​ Türkiyə münasibətlərində gərginlik yaradılması açıq aşkar hiss edilirdi.​Başqa​ bir kanal NTV —​ də isə şit yumoru ilə bütün rusiyalıları bezdirən Tiqran Keosayan özünün müəllif proqramında Putinlə Ərdoğanın xəyali gecə​ telefon danışığını tərbiyəsiz formada tamaşaçılara təqdim etməyə çalışıdı və sosial şəbəkədə elə​ rusiyalılar layiqli cavabını aldı.