Buna səbəb​ canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.​ İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.

Qeyd edək ki, dünənki proqram zamanı sənətçilər bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirib, televiziyaya uyğun olmayan söhbətlər aparılıb. Bu səbəbdən hətta efir yarımçıq dayandırılıb.