Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turniri davam edir. AZƏRTAC xəbər verir ki, Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edirlər. Sərbəst hərəkətlərdə uğurla çıxış edən A. Həsənov və M.Səfərov finala vəsiqə qazanıblar. Final yarışları martın 8-də keçiriləcək. Ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirirlər. Yarışda yeddi ölkədən 33 gimnast birincilik uğrunda mübarizə aparır.