​Dünən​ Las-Veqasda rusiyalı Həbib Nurməhəmmədovun və amerikalı Toni Ferqyusonun iştirakı ilə aprelin 18-də onların görüşü ərəfəsində mətbuat konfransı keçirilib. UFC-nin hazırkı çempionu bildirib ki, bu döyüşdə qələbə ona öz adını tarixə həmişəlik yazmağa imkan verəcək. Öz növbəsində, titulun keçmiş müvəqqəti sahibi Toni Ferqyuson Həbibin​ ​ nə vaxtsa ciddi rəqiblərlə mübarizə aparmalı olduğuna şübhə edib. Baxışlar duelində opponentlər ənənəvi olaraq​ söz atışmasına girişdilər.​Rəqibindən fərqli olaraq, Həbib özünü təmkinli aparıb və aprelin 18 —​ də sözünü deyəcəyini bildirib.​