Ədliyyə Nazirliyi Pentiensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüşlər məhdudlaşdırılıb. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində də sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir.​ “Bütün digər qurumlar kimi Penitensiar Xidmət tərəfindən də koronavirus təhlükəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə Penitensiar Xidmət müəssisələrində saxlanılan şəxslərlə görüş və sovqat qəbulu məhdudlaşdırılıb”.