UEFA prezidenti Aleksander Çeferin İngiltərəni Fransadan nümunə götürərək Liqa kukokunu ləğv etməyə, bununla da ağır olan təqvimi azaltmağa çağırıb. Qol.az “Daily Mail” nəşrinə istinadən yazır ki, qurumun rəhbəri deyib: “Fransada Liqa kuboku keçirilməyəcək. İndi ingilislər qalıb. Fikrimcə, hamı qəbul edir ki, bu turniri ləğv etmək yaxşı olar. Problem odur ku, yaxşı durumda olmayan klublar həmin yarış vasitəsi ilə maliyyələşirlər. Bunları anlayıram. İngilislər ənənələrə sadiqdirlər”. Xatırladaq ki, İngiltərədə liqa kuboku ilə yanaşı ölkə kuboku yarışı da keçirilir.​