Lerikdə torpaq sürüşməsi nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar.

Bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub, 1 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çayrud kəndində baş verib. Belə ki, torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb.

A. Əlirzayev ölüb, ailənin digər iki üzvü isə xəsarət alıb. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.