Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilib. Bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq əmr imzalayıb. R.Mehdiyevin digər əmri ilə “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə, AMEA-nın müşaviri, akademik Əli Abbasov təyin edilib. Akademiyadan “Report”a bildirilib ki, E.Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək.