“Qucaqlaşmaları, öpüşmələri təxirə salaq”. “HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı əhaliyə müraciət edib. Məsciddə cümə namazı qılan dövlət başçısı vətəndaşları koronavirusun yayılmasına görə ehtiyatlı olmağa çağırıb. “Dünyada bir koronavirus epidemiyası var. Bir müddət qucaqlaşmaları, öpüşmələri təxirə salın. Bu barədə Dini Qurumlarla iş üzrə Komitə ilə də danışmışam. Önəmli olan ürəyimizdən keçəndir”.