Moskva və Ankara İdlib zonası ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaları inkişaf etdirməyə nail olacaq. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev Feysbuk səhifəsində ötən gün Moskvada keçirilən Rusiya və Türkiyə liderlərinin görüşünə münasibət bildirərkən qeyd edib. “Bu, optimizm üçün əsasdır. Lakin iki liderin görüşü Suriyadakı növbəti böhranın baş verməyəcəyinə təminat vermir. Şərq həssas məsələdir və həssas olduğu üçün də tez-tez qırılır”, – deyə Kosaçev bildirib.​