Masallıda avtomobil dərəyə aşıb, 3 nəfər ölüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallının Köhnə Zuvand kəndi ərazisində “Niva” markalı maşın yüksəklikdən dərəyə aşıb. Nəticədə 2 qadın, 1 uşaq ölüb. Avtomobildə olan digər 3 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.​ Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.​ Faktla bağlı araşdırma aparılır.