İranın Qərbi Azərbaycan əyalətində zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 14:19 radələrində Xoy şəhərində 4,5 bal gücündə, 14 km dərinlikdə qeydə alınıb.Qeyd edək ki, bir müddət öncə Xoy şəhərinin Qətur bölgəsində baş vermiş 5,7 bal gücündə zəlzələdə 36 nəfər xəsarət almış, evlərə və infrastruktura ziyan dəymişdi.