​Suriyanın hava hücumundan müdafiə (HHM) vasitələri İsrailin Homs şəhərinə və Kunteyr əyalətinə etdiyi raket hücumlarını qarşısını almağa çalışıb.​
İsrail Livanın hava məkanından və Holan yüksəkliklərindən zərbələr endirir, deyə məlumatda bildirilir.
Hələlik mümkün zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Suriya Dövlət Agentliyi SANA – ın ​ məlumatında deyilir ki, Suriya HHM sistemi İsrail ordusunun bütün hücumlarını dəf edib.
Tvitterdəki “Step Xəbərlər” Agentliyi xəbər verdi ki, Homsda baş verən zərbələrin məqsədi Livanın “Hizbullah” qruplaşmasına, həmçinin Ed-Dabaa hərbi aerodromuna məxsus obyekt olub.
İsrail Hərbi Hava Qüvvələri vaxtaşırı Suriya hərbi obyektlərinə hücum edir, İran hərbçilərinin Suriyadakı mövqelərinə zərbələr endirir. Belə ki, fevralın 24-nə keçən gecə İsrailin cənub rayonları üzrə Qəzza zolağından 20-dən artıq raket buraxılıb. İsrail Müdafiə Ordusu buna cavab olaraq Qəzza zolağında, həmçinin Suriyada islamçıların mövqelərinə zərbələr endirib.INTERFAX.RU –