Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada prezident Vladimir Putinlə görüş keçirir. “Anadolu” xəbər agentliyinin məlumatına görə, görüşdən əvvəl jurnalistlərə açıqlama verən Putin Suriyanın İdlib şəhərində baş verən hadisələrə toxunub. “Heç kim Türkiyə əsgərlərinin orada olduğunu bilmirdi. Suriya ordusu ağır itkilər verib. Həyatlarını itirən əsgərlərinizə başsağlığı diləyirəm”, – deyə Rusiya prezidenti bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə alınacaq qərarların həm Suriya, həm də hər iki dövlət arasında münasibətləri qaydaya salacağını deyib: “Qəbul olunacaq qərarlar bölgəyə də, ölkələrimizə də rahatlıq gətirəcək”.