​ Türkiyə parlamentində baş verən kütləvi davadan sonra prezident Rəcəb Təyyib Ərdoğan məhkəməyə şərəf ləyaqətinin təhqir edilməsi iddiası ilə müraciət etdi. Məhkəməyə verilən ana müxalifət partiyasından olan millət vəkili Engin Özkoçdan bir milyon türk lirası tələb olunur.​Xatırladaq ki, Suriyadakı vəziyyətlə bağlı toplanan Türkiyə Böyük Millət Məclisində​ iqtidar və müxalifət deputatları arasında kütləvi​ dava baş vermişdı. ​Ərdoğanın məhkəməyə verdiyi millət vəkili isə ən çox döyülənlər arasındadır.​