Koronavirus epidemiyası ilə əlaqədar fikir ayrılığı ət məhsulları ilə bağlıdır.

Baku Tv xəbər verir ki, virusun daha çox heyvanlardan insanlara keçməsi ehtimal olunur.   Ağsu rayonunda məsələ ilə bağlı söhbət etdiyimiz fermerlər ət kəsimi yerlərində və bazarlarda ət satışında problemlə üzləşmədiklərini bildiriblər. Ağsu şəhər Baytarlıq İdarəsinin Rəisi Gülxan Zeynalov isə bildirib ki, heyvanlara nəzarət baytarlıq idarəsi tərəfindən aparılır və yanvar ayından başlayaraq bununla bağlı tədbirlərə start verilib: “Ferma sahibləri ilə görüşlər keçirilir, istər koronavirusa, istərsə də digər yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri həyata keçirilir. Rayon üzrə heyvanlarda hər hansı xəstəlik aşkarlanmayıb və narahatlığa əsas yoxdur”.  Çində yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı ölkəmizdə də mübarizə tədbirləri gücləndirilib