Gürcüstanın Qardabani rayonunun meriya nümayəndəsi olan azərbaycanlı saxlanılıb. Bu barədə Timer.ge Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. Ə.M. adlı məmurun dövlətin balansında olan torpaq sahəsini 30 min lari rüşvət almaqla bir il müddətinə istifadə üçün Türkiyə vətəndaşına verdiyi məlum olub. Həmin məmur rüşvət alan zaman saxlanılıb. Faktla bağlı “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma Gürcüstanın Dövlət Korrupsiyaya qarşı Mübarizə Agentliyi tərəfindən aparılır. Azərbaycanlı məmur 7 ildən 11 ilədək həbs oluna bilər.