Bakıda dumanlı hava şəraitinin müşahidə olmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işini davam etdirir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təyyarələrin qəbulu və göndərilməsi nəzərdə tutulan cədvələ uyğun həyata keçirilir.