ABŞ-ın hazırkı prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi 9 ştatda keçirilən ilkin seçimlərin (praymeriz) qalibi olub. “Report” TASS-a istinadənə xəbər verir ki, D.Trampın ilkin seçimləri qazandığı ştatlar Alabama, Arkanzas, Vermont, Kolorado, Massaçusets, Oklahoma, Şimali Karolina, Tennessi və Texasdır. Bundan sonra D.Tramp “Twitter”də təşəkkür sözləri yazıb. O, həmçinin rəqibi Maykl Blumberqə də post həsr edərək onu bu çərşənbə axşamının ən böyük uğursuzu adlandırıb. “Onun “siyasi” məsləhətçiləri onu batırdı. Təxminən 700 milyon ABŞ dolları yer üzündən silindi. Məhz buna görə o, “Mini Mayk” təxəllüsü aldı və nüfuzunu tamamilə məhv etdi”, – D.Tramp yazıb.