Türkiyənin ikinci ən böyük​ ​ “Pegasus Airlines” aviaşirkəti İzmir-Bakı aviareysinin açılışını təxirə salıb. Şirkətin saytında bu ilin martın 10-na planlaşdırılan İzmir-Bakı birbaşa sərnişin aviareysi üzrə ilk uçuşu aprelin 2-nə keçirildiyi bildirilir.​ Artıq aviaşirkət bununla bağlı mart ayına bilet almış sərnişinlərə xəbər göndərib. Bakıdan İzmirə ilk reys aprelin 3-də həyata keçiriləcək. Qeyd edək ki, İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək.