Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsindən azad olunub.​​Unikal.org-un əldə etdiyi məlumata görə, Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib.​​Moskva vilayətinin mədəniyyət naziri isə Xarlamova Elena Mixayılovna təyin olunub.​​Qeyd edək ki, 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib.