Çinin Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzi koronavirusa yoluxanlarla bağlı statistik hesabat hazırlayıb. “İzvestiya” xəbər verir ki, hesabata əsasən, koronavirusa ən az uşaqlar və yeniyetmələr yoluxur. Mütəxəssislər 2020-ci ilin 11 fevral tarixinədək 70 min yoluxma faktını təhlil ediblər. Alınan nəticəyə əsasən, doqquz yaşadək uşaqların və 19 yaşadək yeniyetmələrin yalnız 1%-i koronavirusa yoluxub.