Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bu gün Türkiyəyə səfər edəcək. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. Bildirilib ki, səfər zamanı Ş. Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.​ Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, İdlibdə baş verən hadisələr müzakirə olunacaq.