UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkü atılıb. Niderlandın paytaxtı Amsterdamda baş tutan mərasimdə Avropanın 55 komandası 4 liqada ümumilikdə 14 qrupa bölünüb. Tarixdə ikinci dəfə təşkil olunacaq yarışda Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz 1-ci qrupda yer alıb. B liqasında mübarizə aparacaq qonşu Türkiyə yığmasının da rəqibləri bəlli olub. Şenol Günəşin yetirmələri Macarıstan, Serbiya və Rusiya ilə üz-üzə gələcək. Digər qrupların tərkibi isə aşağıdakı kimi müəyyənləşib. 

A liqası
1-ci qrup 
Polşa 
Bosniya və Herseqovina 
İtaliya 
Niderland 

2-ci qrup: İslandiya 
Danimarka 
Belçika 
İngiltərə 

3-cü qrup: Xorvatiya 
İsveç 
Fransa 
Portuqaliya 

4-cü qrup: Almaniya 
Ukrayna 
İspaniya 
İsveçrə 

B liqası
1-ci qrup
: Rumıniya 
Şimali İrlandiya 
Norveç 
Avstriya 

2-ci qrup: İsrail 
Slovakiya 
Şotlandiya 
Çexiya 

3-cü qrup: Macarıstan 
Türkiyə 
Serbiya 
Rusiya 

4-cü qrup: Bolqarıstan 
İrlandiya 
Finlandiya 
Uels 

C liqası
1-ci qrup Azərbaycan 
Lüksemburq 
Kipr 
Monteneqro 

2-ci qrup: Ermənistan 
Estoniya 
Makedoniya 
Gürcüstan 

3-cü qrup: Moldova 
Sloveniya 
Kosovo 
Yunanıstan 

4-cü qrup: Qazaxıstan 
Litva 
Belarus 
Albaniya 

D liqası
1-ci qrup: Malta 
Andorra 
Latviya 
Farer adaları 

2-ci qrup: San-Marino 
Lixtenşteyn 
Cəbəllütariq