Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərlərinin Suriya üzrə təcili iclası martın 6-sı Zaqrebdə keçiriləcək. Trend-in məlumatına görə, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib. C.Borrell bildirib: “Xarici İşlər Nazirləri ilə Suriya və Türkiyəni müzakirə etmək üçün xarici işlər üzrə Aİ Şurasının təcili iclasını çağırdım. Biz “Gymnix”dən sonra martın 6-sı Zaqrebdə görüşəcəyik”. Aİ-nin Ali Nümayəndəsi Xorvatiya sədrliyinə görüşü qısa müddətdə təşkil etməyə hazır olduqlarına görə təşəkkür edib.