Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.​Qafqazinfo-nun məlumatına görə, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb.​ N.Abıyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar işdən azad olunub. ​​Qeyd edək ki, N.Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır. ​”Qafqazinfo” məsələ ilə bağlı N.Abıyevlə də əlaqə saxlayıb. O, bu məsələ barəsində narahat edilməməsini xahiş edib