Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.

“Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar bildirib. Onun sözlərinə görə, əməliyyatın məqsədi Rusiya ilə qarşıdurma yaratmaq deyil: “Əsas məqsəd Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır”.

H. Akar həmçinin qeyd edib ki, əməliyyat çərçivəsində Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 103 tank, 72 haubitsa, 3 hava hücumundan müdafiə sistemi məhv edilib və 2 212 hərbçi zərərsizləşdirilib