Türkiyənin “Bahar qalxanı” əməliyyatında Suriya ordusuna məxsus iki təyyarəni vurmasından sonra Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib.

Türkiyənin İHA​ agentliyi​ xəbər verir ki, Suriyadakı Rusiya Qüvvələrinin komandirlərindən olan general Oleq Juravlyov Suriya hökumətinin İdlib hava məkanını Türkiyəyə bağladığını bildirib:“Bu şərtlər daxilində bölgədə xidmət aparan Rusiya qüvvələri Suriya səmasında uçan Türkiyə təyyarələrinin təhlükəsizliyinə zəmanət verə bilməz”.