Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqənib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:

Komissiyanın həmsədri

  • Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Komissiya həmsədrinin müavini

  • Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Komissiyanın üzvləri

  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini.
  • Azərbaycan Respublikası Energetika nazirinin müavini.
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini.
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini.
  • Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini.
  • Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini.
  • Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini.
  • Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri.
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini.
  • Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.
  • Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri”.

Komissiyanın əvvəlki tərkibi isə aşağıdakı kimi idi:

Komissiyanın həmsədri

  • Azərbaycan Respublikasının vergilər naziri.
  • Komissiya həmsədrinin müavini.
  • Azərbaycan Respublikası xarici işlər nazirinin müavini.

Komissiyanın üzvləri

  • Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini.
  • Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
  • Azərbaycan Respublikası energetika nazirinin müavini
  • Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
  • Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
  • Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
  • Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
  • Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
  • Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
  • Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.