İraqın Baş Naziri təyin olunan Məhəmməd Taufik Alaui hökumət qurmaqdan imtina edib və namizədliyini geri götürüb. APA “TASS”-a istinadən xəbər verir ki, belə bir açıqlamanın onun ofisi tərəfindən yayılıb. “Mənə təzyiqlər edilirdi. Mən öz vəzifəmin icrasını xalqın tələblərinin yerinə yetirilməsində təzyiq və qərəzli öhdəliklər olmadan səmərəli işləyə bilən müstəqil hökumət qurmaqda görürdüm”, – Alaui belə deyib. Alauinin açıqlaması kvorumun olmaması səbəbindən bazar günü parlamentin yaratdığı hökuməti təsdiq edə bilməməsindən sonra yayılıb.