Son 24 saat ərzində Çindən kənarda 1160 nəfər yeni növ koronavirusa yoluxub, indiyədək yoluxmuşların ümumi sayı 7169-a çatıb. APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd olunur. Təşkilatın saytında yayımlanan hesabatda Çindən kənarda koronavirus infeksiyasının 58 ölkədə qeydə alındığı bildirilir. Ölənlərin sayı 104-ə çatıb (gün ərzində 18 nəfər). Son 24 saat ərzində virus daha beş ölkəyə – Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərə nüfuz edib. ÜST-ün son məlumatlarına görə, materik Çində yoluxmuş insanların sayı 79 968 nəfərdir, 2873 nəfər bu virusun qurbanına çevrilib. Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı isə 87 137 nəfərdir.