​ 

​​KÇində və İranda​ koronovirusun yayılaması ilə Bakı apteklərində tibbi maskalar yoxa çıxmağa başladı. Ümumiyyətlə hər hansı bir epidemiya təhlükəsi yaranan kimi , biz tibbi maska qıtlığı yaşamağa başlayırıq. Kiçik miqyaslı epidemiyalar zamanı çətinliklə də olsa əldə edə bildiyimiz maskaları bu gün əldə etmək olduqca çətindi. Təxminən 10 qəpiyə (bəzən daha ucuz) olan bu tibbi maskaları 1 manata satırlar. Əslində aldığımız məlumatlara görə ölkənin tibbi anbarlarında kifayət qədər tibbi maskalar olduğu halda vəziyyətin bu qədər acınacaqlı olması razılaşın ki çox maraqlıdır.Əldə etdiyimiz məlumata görə, tibbi maskaların böyük bir hissəsi işbazlar tərəfindən qonşu İrana satılır. Qalan hissəsi ilə də qiymətləri qalıdmaq , bir manat və daha baha (!) satmaq üçün manipulyasiya edilir. Yəni qəsdən süni qıtlıq yaradılır.