Kolumbiyanın Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. “RİA Novosti” xəbər verir ki, Kundinamarka departamentində baş verən qəza nəticəsində üç nəfər həlak olub, iki nəfər yaralanıb. Ölənlər arasında heyətin komandiri Amaya Dias Enrike də olub. Yaralananlar xəstəxanaya çatdırılıb. Hal-hazırda qəzanın təfərrüatları araşdırılır.