Həftənin ikinci oyun günündə daha iki görüş keçirilib. “Real” “Mançester Siti”ni qəbul edib. Oyunda hesab 60-cı dəqiqədə açılıb. İsko fərqlənib. Lakin “Real” qələbə hesabını qoruya bilməyib. Əvvəlcə 78-ci dəqiqədə Qabriel Jezus status-kvonu bərpa edib. 5 dəqiqə sonra isə Kevin De Bröyne penaltini dəqiq yerinə yetirərək “Mançester Siti”yə qələbə qazandırıb.​”Yuventus” “Lion”un qonağı olub. Matçın taleyini Lüka Tuzarın 31-ci dəqiqədə vurduğu qol həll edib. Beləliklə, “Yuventus” “Lion”a minimal hesabla məğlub olub.​Çempionlar Liqası1/8 finalİlk oyunlar“Lion” (Fransa) – “Yuventus” (İtaliya) – 1:0 Qol:​ Tuzar (31)​“Real” (Madrid, İspaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2 Qollar:​ İsko (60) – Jezus (78), De Bröyne (83-penalti).