ABŞ Prezidenti Donald Tramp Hindistan səfərindən qayıtdıqdan sonra koronavirusla bağlı fikirlərini bölüşüb. Ağ Ev rəhbəri məsələni yaxından izlədiyini bildirib. Virusun ölkəsində yayılmamasına sevindiyini deyən Tramp sözlərinə belə davam edib: “İndiyədək bəxtimiz gətirib və bunun belə də qalacağını düşünürəm. Hesab edirəm, bu problem aradan qaldırılacaq. Yaxın zamanda koronavirusun peyvəndi satışa çıxarılacaq”.