Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.​ Həftənin ilk oyun günündə iki görüş keçirilib. “Napoli” “Barselona”nı qəbul edib. Oyunda hesab 30-cu dəqiqədə açılıb. Dris Mertens fərqlənib. “Barselona” ikinci hissədə bərabərlik qolunu vura bilib. 57-ci dəqiqədə Antuan Qrizmann tarazlığı bərpa edib. Qalan dəqiqələrdə başqa qol olmayıb.​”Bavariya” “Stemford Bric”də “Çelsi”nin qonağı olub. İlk hissədə qol səsi çıxmayıb. İkinci hissənin əvvəllərində Serj Qnabri dublunu rəsmiləşdirib. “Bavariya”nın üçüncü qoluna isə Robert Levandovski imza atıb. Beləliklə, səfərdə “Çelsi”ni 3:0 hesabı ilə məğlub edən Münhen klubu cavab görüşü ərəfəsində böyük üstünlük əldə edib.​Çempionlar Liqası1/8 finalİlk oyunlar: ​“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) -1:1 Qollar:​ Mertens (30) – Qrizmann (57)​“Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya) – 0:3 Qollar:​ Qnabri (51, 54), Levandovski (76)​

Sport7.az