Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Algeti kəndinin sakinləri Qırmızı Körpüyə gedən mərkəzi magistral yolu bağlayıblar. APA-nın yerli bürosu xəbər verir ki, sakinlər kənddə iki ildir su problemi olmasına, həmçinin kəndin təbii qazla təmin edilməməsinə etiraz ediblər. Aksiya iştirakçıları bildiriblər ki, Marneuli icra hakimiyyəti dəfələrlə problemin həll ediləcəyi barədə söz versə də, bu istiqamətdə heç bir addım atılmayıb. Aksiyayla əlaqədar olaraq Qırmızı Körpü magistral yolunda avtomobillərin hərəkətində ləngimə olub.