Kişilərdən ibarət paracüdo komandamız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iştirak edib. Oxu.Az xəbər verir ki, 15 ölkənin iştirak etdiyi yarışda idmançılarımız bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Qızıl medalı Hüseyn Rəhimli (-81 kq) ölkəmizin aktivinə yazdırıb. Rövşən Səfərov (-90 kq) gümüş, Namiq Abbaslı (-66 kq) və Murad Əliyev (-60 kq) isə bürünc medallara layiq görülüb.REKLAM

14 ölkə idmançılarının iştirak etdiyi bu yarışda Azərbaycan üçüncü olub. Birinci yeri Özbəkistan, ikinci pilləni isə meydan sahibi Gürcüstan tutub.