“Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur”.​​ Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair yaydığı məlumatda bildirilib.​Qeyd olunub ki, epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var:​ “Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər”.​