Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib. Trend-in “Gercüstan Onlayn”a istinadən verdiyi məlumata görə, bu barədə qərar yeni növ koronavirusun yayılma təhlükəsi ilə əlaqədar qəbul edilib. Bildirilir ki, İrandan Gürcüstana və əks istiqamətdə fiziki şəxlərin gediş-gəlişi məhdudlaşdırılıb. Aviaşirkətlərə Gürcüstanda turizm məqsədi ilə olan İran vətəndaşlarını ölkələrinə geri aparmaq üçün boş təyyarələr göndərmələrinə icazə verilib. Sərhəddəki nəzarət-buraxılış məntəqələrində də ciddi məhdudiyyətlər tətbiq edilib. Qeyd edilir ki, Gürcüstan hökuməti vəziyyəti diqqətlə izləyir.​