Çin koronavirusa qarşı effektiv dərman vasitəsi tapıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanxueya bildirib. Onun sözlərinə görə, yeni dərman vasitəsinin nəticələri yaxşı olsa da, o yenidən yoxlanılmalı və üzərində işlənilməlidir. Səfir onu da qeyd edib ki, uzun illərdir malyariyanın müalicəsində istifadə olunan “xloroxin fosfat”ın koronavirusla mübarizədə effektivliyi məlum olub.