ABŞ kəşfiyyatının əlində noyabr ayında keçiriləcək seçkilərdə yenidən prezident seçilməsi üçün ABŞ prezidenti Donald Trampa Rusiyanın kömək etməsinə dair dəlil yoxdur. ​Bu haqda CNN kəşfiyyat mənbələrinə istinadən məlumat paylaşıb.​”The New York Times” qəzetinin yazdığına görə, fevralın 13-də ABŞ Konqresinin aşağı palatasının kəşfiyyat komitəsinin üzvləri üçün xüsusi brifinq keçirilib. Bu görüşdə kəşfiyyat nümayəndəsi Şelbi Pearson Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün yeni cəhdləri barədə xəbərdarlıq edib.​”Kəşfiyyat bu məlumatı təsdiqləmir. Əksinə, deyə bilərik ki, Trampın yenidən seçilməsi Rusiya üçün üstünlük təşkil edir. Rusiyada onunla danışıqlar aparmağın mümkün olduğuna inanırlar”, – telekanalın mənbəsi deyib. ​O, Pearsonun öz sözlərini təsdiq edəcək heç nə təqdim etmədiyini, sadəcə həmkarlarını yoldan çıxardığını da iddia edib.​ Öz növbəsində ABŞ prezidenti Amerikanın KİV-lərində Rusiyanın hazırkı dövlət başçısına kömək məqsədilə 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etdiyi barədə yayılan xəbərlərin “dezinformasiya kampaniyası” olduğunu söyləyib.​ Fevralın 21-də Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın müdaxiləsi ilə bağlı yayılan xəbərləri paranoidlik adlandırıb.​Xatırladaq ki, ABŞ-da prezident seçkisi 2020-ci il noyabrın 3-nə təyin edilib.